Dani Karvaxal, David Silva, Kasorla və daha dörd futbolçu məhkəməyə çağırılıb.
İdman.Biz bu barədə Diario As-a istinadən bildirilir.
Onlar qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilmiş saat alıblar.
Futbolçuların hamısı bir satıcıdan, Dieqo Q.K.-dan. Saat alıblar. Həmin şəxs keçən il çirkli pulların yuyulması ittihamı ilə həbs olunub.
İndi isə onun tərəfdaşları həbs olunub. Onlar vergi ödəməmək üçün zərgərlik məmulatlarını qanunsuz şəkildə sərhəddən keçirirmişlər.
Oyunçuların tam siyahısı və onların alverlərinin məbləğləri:
Tomas Parti: 415.000 avro
Xuan Bernat: 367.000 avro
David Silva: 295.000 avro
Sezar Aspilikueta: 115.000 avro
Ciovanni Lo Selso: 83.000 avro
Dani Karvaxal: 64.800 avro
Santi Kasorla: 58.000 avro
Onların qaçaqmalçılıqdan xəbərdar olub-olmadıqları bəlli deyil.
