Yuri Vernidub: “Emin Mahmudovsuz çox çətindir”

5 Aprel 2026 21:09
144
Yuri Vernidub: “Emin Mahmudovsuz çox çətindir”

“Sumqayıt” - “Neftçi” qarşılaşmasınından sonra “ağ-qaralar”ən baş məşqçisi Yuri Vernidub mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, aprel ayının təqvimi barədə danışan ukraynalı məşqçi ardıcıl çətin sınaqların onları gözlədiyini bildirib.

“Futbolçulara da aprelin ağır ay olacağını demişəm. “Qarabağ”la ardıcıl iki oyun, həmçinin “Zirə” və “Araz-Naxçıvan”la matçlar var. Bu, əslində əladır. Komandamın nəyə qadir olduğunu görmək üçün həmin görüşləri səbirsizliklə gözləyirəm”.

Komandanın kapitanı Emin Mahmudovun zədə səbəbindən yoxluğuna toxunan Vernidub onun yaxın günlərdə məşqlərə başlayacağını müjdələyib:

“Emin bizim kapitanımızdır. Meydanda idarəetmə baxımından onsuz çətinlik yaranır. Ondan gözləntim böyükdür, o, hər gün daha da böyüyür”.

İdman.Biz