“Real” üçün uğurlu hakim “Bavariya” ilə oyuna təyin edildi

5 Aprel 2026 18:57
185
“Real” üçün uğurlu hakim “Bavariya” ilə oyuna təyin edildi

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində çərşənbə axşamı keçiriləcək “Bavariya” - “Real” oyununun baş hakimi müəyyənləşib.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Münhendəki “Alyans Arena”da baş tutacaq qarşılaşmanı ingiltərəli Maykl Oliver idarə edəcək. Ona yan xətt hakimləri Stuart Burt və Ceyms Meinvarinq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Endryu Madley yerinə yetirəcək.

Qeyd edək ki, Maykl Oliverin buna kimi Madrid təmsilçisinin dörd oyununu idarə edib ki, onlardan üçündə “Real” qələbə qazanıb.

Xatırladaq ki, “Bavariya” – “Real” qarşılaşması aprelin 7-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İdman.Biz