PFL ləğv olunacaq? - AFFA prezidentindən açıqlama

3 Aprel 2026 13:24
305
PFL ləğv olunacaq? - AFFA prezidentindən açıqlama

“AFFA ilə Peşəkar Futbol Liqası (PFL) arasında imzalanmış müqavilənin şərtlərinə gələcəkdə dəyişikliklərin edilə biləcəyi, həmçinin qurumun funksiyalarının artırılıb-azaldılmasının mümkün olduğu bildirilir”.

İdman.Biz xəbər verir ki, bunu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

O, PFL-in ləğvi və ya fəaliyyət səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı yayılan iddialara münasibət bildirərək qeyd edib ki, hazırda qurum AFFA ilə bağlanmış müqavilə əsasında fəaliyyət göstərir. Onun sözlərinə görə, gələcəkdə bu müqavilənin şərtlərinə yenidən baxılması, funksiyaların genişləndirilməsi və ya azaldılması istisna olunmur və bu məsələ müzakirəyə açıqdır.

R.Nəcəf vurğulayıb ki, PFL mahiyyət etibarilə AFFA tərəfindən ona həvalə edilən səlahiyyətləri icra edir və prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclar və səmərəlilik nəzərə alınaraq müəyyənləşdiriləcək.

İdman.Biz