İran Peşəkar Liqa Təşkilatının katibi Məhəmmədrza Keşvərifərd ölkədə futbol çempionatının davamı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.
İdman.Biz xəbər verir ki, Keşvərifərd ölkədəki mövcud vəziyyətlə əlaqədar futbol rəhbərliyinin mütəmadi müzakirələr apardığını bildirib. Keçirilən son iclasın da məhz bu məqsədə xidmət etdiyini söyləyən katib, gələn həftə daha geniş tərkibli görüşün baş tutacağını bildirib.
Onun sözlərinə görə, gələn həftə Liqa Təşkilatı və Futbol Federasiyası rəsmiləri ilə Premyer Liqa klublarının baş direktorları arasında onlayn formatda (vebinar) məsləhətləşmə iclası keçiriləcək. Bu görüşdə ev sahibi olacaq əyalətlərin seçilməsi və digər təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Keşvərifərd sonda əlavə edib ki, liqa oyunlarının davam etdirilməsi barədə yekun qərar bütün şərtlər nəzərə alınmaqla və Federasiya prezidenti ilə razılaşdırılmaqla Liqa Təşkilatı tərəfindən veriləcək.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə İran futbol çempionatı oyunlarının hamısının müharibədən zərər çəkməmiş əyalətlərin birində keçirilməsinə qərar verilməsi barədə məlumatlar yayılıb.
