Ardanın yanındakı sirli qızın kimliyi məlum oldu - VİDEO

31 Mart 2026 12:42
106
Ardanın yanındakı sirli qızın kimliyi məlum oldu - VİDEO

Türkiyə futbol millisinin gənc ulduzu Arda Gülerin Kosova matçı öncəsi “Fadıl Vokrri” stadionunda yanında gəzən balaca qızla görüntüləri gündəmə çevrilib.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan fotolardan sonra həmin uşağın kimliyi hər kəs üçün maraq doğurub.

Qısa müddət ərzində aparılan araşdırmalardan sonra Arda Gülerin stadionda əlindən tutaraq gəzdiyi balaca qızın Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun qızı Ela olduğu üzə çıxıb.

İdman.Biz