İspaniyanın “Real” futbol komandasının hücumçusu Kilian Mbappenin sevgilisi, tanınmış aktrisa Ester Ekposito sosial şəbəkədəki son paylaşımı ilə gündəm olub. İspan xanımın kişi dostu ilə səmimi görüntüləri cütlüyün ayrılması barədə şayiələri daha da gücləndirib.
İdman.Biz xəbər verir ki, Ester Eksposito paylaşdığı videoda kişi dostu ilə kifayət qədər yaxın və əyləncəli anlar yaşayarkən görünüb. Qısa müddətdə milyonlarla baxış toplayan bu görüntülər həm İspaniya, həm də dünya mətbuatında “Mbappe dəftəri bağlandımı?” suallarının yaranmasına səbəb olub.
Bir müddətdir birlikdə olduqları danışılan, lakin münasibətlərini gözdən uzaq yaşamağa üstünlük verən Mbappe və Ekposito cəbhəsindən ayrılıq iddiaları ilə bağlı hələlik rəsmi açıqlama gəlməyib.
