“Bavariya” və “Ayaks” Afrikada 60 minlik yeni stadionun açılışını edəcəklər

29 Oktyabr 2026 05:17
68
“Bavariya” və “Ayaks” Afrikada 60 minlik yeni stadionun açılışını edəcəklər

Münhenin “Bavariya” və Amsterdamın “Ayaks” klubları Keniyanın yeni milli stadionunun açılışı münasibətilə yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

İdman.Biz Niderland klubunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2027-ci il yanvarın 5-də Nayrobidə keçiriləcək.

Oyuna “Talanta” idman kompleksində yerləşən Raila Odinqa adına Beynəlxalq Stadion ev sahibliyi edəcək. 60 min tamaşaçı tutumuna malik yeni arena 2027-ci ilin yayında keçiriləcək Afrika Millətlər Kubokunun stadionlarından biri olacaq.

“Ayaks” qarşıdakı tədbirin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Klubumuz üçün bu tədbirə dəvət almaq böyük şərəfdir. Almaniyada çempionluq sayına görə rekordçu olan komandaya qarşı oyun Miçel Sançesin rəhbərlik etdiyi kollektivin mövsümün ikinci yarısına hazırlığının son mərhələsi olacaq”, - deyə Amsterdam klubunun bəyanatında bildirilib.

İdman.Biz