İngiltərə millisinin və "Tottenhem"in keçmiş hücumçusu Cermeyn Defo İngiltərənin “Uokinq” futbol klubunun baş məşqçisi təyin edilib.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə Milli Liqasında çıxış edən klubun rəsmi saytı məlumat yayıb.
Sözügedən liqa ölkə çempionatının beşinci divizionu hesab olunur.
Defo yeni vəzifəsi ilə bağlı fikirlərini bölüşüb: “Uokinq “böyük tarixə və böyük potensiala malik klubdur. Bu layihənin bir hissəsi olmaq imkanı məni heyran etdi. İşə başlamağı səbirsizliklə gözləyirəm!”
Qeyd edək ki, bu, Cermeyn Defonun baş məşqçi kimi ilk tamhüquqlu işidir.
