İranın futbol infrastrukturu dağılıb, ölkə FIFA-ya müraciət ünvanlayıb

30 Mart 2026 13:44
116
İranın futbol infrastrukturu dağılıb, ölkə FIFA-ya müraciət ünvanlayıb

İran Futbol Federasiyası Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎na(FIFA) rəsmi müraciət ünvanlayıb.

İdman.Biz xəbər verir ki, federasiya FIFA-ya məktubunda ölkədə futbol infrastrukturlarının ciddi zərər gördüyünü bildirib.

Qeyd olunub ki, hərbi hücumlar nəticəsində xüsusilə futbol sahəsinə böyük ziyan dəyib:

“Dərin kədər və təəssüf hissi ilə bildiririk ki, İran İslam Respublikasının ərazisinə qarşı qanunsuz hərbi hücum nəticəsində idman infrastrukturu, xüsusilə futbol sektoru ciddi dağıntılara məruz qalıb” – deyə müraciətdə qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl Tehranın ən böyük stadionlarından biri olan “Azadi İdman Kompleksi” hava zərbələrinə məruz qalıb və arena ciddi dağıntılara məruz qalıb.

İdman.Biz