İngiltərənin “Mançester Siti”futbol klubu yay transfer pəncərəsində heyətini iki yeni oyunçu ilə gücləndirmək üçün böyük büdcə ayırıb. “Şəhərlilər” “Nyukasl”ın yarımmüdafiəçiləri Sandro Tonali və “Nottingem Forest”dən Elliot Andersonu transfer etmək niyyətindədir.
İdman.Biz “The Athletic” nəşrlərinə istinadla xəbər verir ki, Mançester təmsilçisi hər iki futbolçu üçün ümumilikdə 220 milyon avro (440 milyon AZN) ödəməyə hazırdır.
Sandro Tonali keçən mövsüm yaşadığı mərc oyunları ilə bağlı cəzasını başa vurduqdan sonra komandada yenidən əsas fiqurlardan birinə çevrilib. Elliot Anderson isə heyətdə göstərdiyi oyunla Pep Qvardiolanın diqqətini çəkməyi bacarıb. Hər iki oyunçunun Premyer Liqa təcrübəsinin olması “Siti” üçün əsas üstünlük hesab edilir.
“Nyukasl”ın maliyyə “feyr-pley” qaydalarına əməl etmək üçün bəzi ulduzlarını satmaq məcburiyyətində qala biləcəyi iddia olunur. Bu vəziyyətdən yararlanmaq istəyən “Mançester Siti” rəsmi təklifini mövsümün sonunda təqdim etməyi planlaşdırır.
