UEFA Çempionlar Liqasının final saatı məlum oldu

27 Mart 2026 16:45
83
UEFA Çempionlar Liqasının final saatı məlum oldu

UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün final matçı ilə bağlı detallar rəsmiləşib. Avropanın bir nömrəli kuboku uğrunda həlledici döyüş Macarıstanın paytaxtında keçiriləcək.

İdman.Biz xəbər verir ki, mövsümün ən böyük futbol hadisəsi 30 may 2026-cı il tarixinə təyin edilib. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Finala ev sahibliyi edəcək “Puşkaş Arena” müasir memarlığı və bənzərsiz atmosferi ilə seçilir. 67 mindən çox tamaşaçı tutumuna malik olan bu stadion son illərdə bir neçə mühüm beynəlxalq turnirə uğurla ev sahibliyi edərək özünü ən yüksək səviyyəli sınaqlarda sübut edib. Macar futbolunun əfsanəsi Ferens Puşkaşın adını daşıyan arena bu dəfə yeni bir tarixin yazılmasına şahidlik edəcək.

İdman.Biz