Niderlandda DÇ-2026-nın boykotuna çağırış: 170 mindən çox imza toplandı

25 Mart 2026 14:01
99
Niderlandda DÇ-2026-nın boykotuna çağırış: 170 mindən çox imza toplandı

Niderlandda 170 mindən çox insan 2026-cı il dünya çempionatının boykot edilməsi ilə bağlı petisiyaya imza atıb.

İdman.Biz xəbər verir ki, bu təşəbbüs Donald Trampın siyasətinə etiraz olaraq irəli sürülüb. Xatırladaq ki, mundial ABŞ, Kanada və Meksikada keçiriləcək.

Petisiyanın müəllifi, jurnalist Teun van de Keyken bu qərarı belə izah edib:

“Biz istəmirik ki, futbolçularımız turnirdə çıxış edərək dolayı yolla Trampın günahsız miqrantlara qarşı sərt siyasətini dəstəkləmiş olsun. Heç nə baş verməmiş kimi idman yarışında iştirak etmək onun siyasətini legitimləşdirir. Dünya çempionatında çıxış etməklə biz səhv qərarları qəbul etmiş oluruq”.

Qeyd olunub ki, petisiya Niderlandın ali qanunverici orqanı olan parlamentin aşağı palatasına təqdim edilib.

İdman.Biz