“Real”da intizam dərsi: Trent Aleksander-Arnold derbidə ehtiyatda qalıb

22 Mart 2026 23:43
76
“Real”da intizam dərsi: Trent Aleksander-Arnold derbidə ehtiyatda qalıb

Madriddə keçiriləcək böyük derbi öncəsi “Real” düşərgəsində gözlənilməz gərginlik yaşanıb.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, “kral klubu”nun cinah müdafiəçisi Trent Aleksander-Arnold La Liqanın 29-cu turu çərçivəsində “Atletiko” ilə oyuna ehtiyat oyunçular skamyasında başlayacaq.

Buna səbəb ingiltərəli futbolçunun həftəiçi keçirilən məşqlərdən birinə gecikməsi olub. Baş məşqçi Alvaro Arbeloa komandada nizam-intizamı qorumaq məqsədilə ulduz müdafiəçini cəzalandırmaq qərarına gəlib. Onun əvəzinə meydanda təcrübəli Daniel Karvaxal yer alacaq.

İdman.Biz