Hansi Flik Qvardiolanın rekordunu təkrarladı

22 Mart 2026 22:13
97
Hansi Flik Qvardiolanın rekordunu təkrarladı

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik kataloniyalıların 21-ci əsr tarixindəki ən mühüm rekordlarından birinə şərik olub. La Liqanın 29-cu turunda “Rayo Valyekano” üzərində qazanılan minimal hesablı qələbə (1:0) almaniyalı mütəxəssis üçün əlamətdar olub.

İdman.Biz xəbər verir ki, bu qalibiyyət “Barselona”nın doğma meydanda bütün turnirlər daxil olmaqla ardıcıl 15-ci qələbəsi olub. 21-ci əsrdə belə bir seriyaya yalnız Xosep Qvardiolanın rəhbərliyi dövründə (2010-2011) imza atılmışdı.

“Spotify Kamp Nou”da baş tutan matçın taleyini 24-cü dəqiqədə Ronald Arauxonun vurduğu qol həll edib.

Hazırda “Barselona” 29 oyundan sonra 73 xalla turnir cədvəlinə başçılıq.

İdman.Biz