“Nyukasl”ın fanatları Barselonanı bir-birinə vurdular - VİDEO

18 Mart 2026 17:10
62
“Nyukasl”ın fanatları Barselonanı bir-birinə vurdular

İngiltərənin “Nyukasl” futbol klubunun azarkeşləri bu gün “Kamp Nou”da keçiriləcək cavab oyunu ərəfəsində Barselona şəhərinin küçələrində əyləniblər.

İdman.Biz xəbər verir ki, azarkeşlərin davranışı əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

İngilis fanatlar şəhər meydanlarında futbol oynayır, fəvvarələrdə çimir və hətta palma ağaclarına dırmaşaraq əylənirlər.

Qeyd edək ki, “Barselona” - “Nyukasl” oyunu bu gün Bakı vaxtı ilə 21:45-də başlayacaq.

İdman.Biz
Məqalədə: