Qazaxıstanı yüngül çəki dərəcəsində təmsil edən UFC döyüşçü Asu Almabayev dopinq yoxlamalarına cəlb edilib.
İdman.Biz xəbər verir ki, analiz ötən həftə götürülüb və bu, 2026-cı ildə Almabayev üçün ikinci test olub.
Xatırladaq ki, Asu martın 1-də Meksikada keçirilməsi gözlənilən turnirdə Brendon Moreno ilə əsas döyüşdə üz-üzə gəlməli idi. Lakin hazırlıq zamanı qolunu sındırdığı üçün bu qarşılaşmadan çəkilmək məcburiyyətində qalıb.
Qeyd edək ki, UFC reytinqində Asu səkkizinci pillədə qərarlaşıb. O, həmçinin yaxın günlərdə beşinci dəfə ata olduğunu açıqlayıb.
