Qvardiola “Mançester Siti” üçün 93 milyonluq müdafiəçi istəyir - FOTO

17 Mart 2026 10:32
104
Qvardiola “Mançester Siti” üçün 93 milyonluq müdafiəçi istəyir - FOTO

İngiltərənin “Mançester Siti” futbol komandası yay transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. “Şəhərlilər” “Tottenhem”in müdafiəçisi Pedro Porronu hədəfə alıb.

İdman.Biz “Football Insider” nəşrinə istinadla xəbər verir ki, London təmsilçisi ispan futbolçu üçün 93 milyon avro (181 milyon AZN) tələb etsə də, Mançester klubu bu rəqəmi aşağı salmağa çalışır.

“Tottenhem”in maliyyə vəziyyətinin pisləşməsi və Premyer Liqadan düşmə riski ulduz futbolçunun qiymətinə təsir edə bilər. Pep Qvardiola 2026-cı ilin yayında sağ cinah müdafiəsini məhz 26 yaşlı Porro ilə möhkəmləndirməyi prioritet seçib.

Maliyyə eksperti Stefan Borsonun fikrincə, London klubu elitadan düşəcəyi təqdirdə sponsorlardan gələn təxminən 200 milyon funt sterlinqi (453 milyon AZN) itirəcək. Bu

da klubun təcili vəsait tapmaq üçün oyunçularını daha ucuz qiymətə satmasına səbəb ola bilər.

Qeyd edək ki, Pedro Porro 2019-2022-ci illərdə “Mançester Siti”nin sistemində olsa da, əsas komandada bir oyun belə keçirməyib. Cari mövsümdə o, 38 matçda bir qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz