Mahir Emreli vurduğu qolu intihar etmiş dayısı oğluna həsr edib - FOTO

16 Mart 2026 18:54
106
Mahir Emreli vurduğu qolu intihar etmiş dayısı oğluna həsr edib - FOTO

Azərbaycan millisinin üzvü Mahir Emreli ötən gün II Bundesliqada “Kayzerslautern”nin forması ilə vurduğu qolu 37 yaşında intihar etmiş dayısı oğlu Sabit Ağayevə həsr edib.

İdman.Biz xəbər verir ki, futbolçumuz öz “Instagram” hesabında etdiyi paylaşımda Sabit Ağayevi yad etməyi də unutmayıb.

“Derbi qolu, böyük qələbə, böyük emosiyalar. Bilirəm ki, məni izləyirdin, bu sənin üçün idi, qardaşım, rahat yat, Sabit” - Mahir Emreli yazıb.

Xatırladaq ki, Mahir Emrelinin dayısı oğlu olan 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti ötən ilin noyabrın ayında yaşadığı ünvanda yarımçıq tikilidən asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkarlanmışdı.

İdman.Biz