Rəhman Hacıyev Sergey Samokun “quru” seriyasına son qoydu - VİDEO

15 Mart 2026 19:22
60
Rəhman Hacıyev Sergey Samokun “quru” seriyasına son qoydu - VİDEO

“Turan Tovuz”un qapıçısı Sergey Samokun Misli Premyer Liqasında uzun müddətdir davam edən qolsuzluq seriyası başa çatıb.

İdman.Biz xəbər verir ki, rusiyalı qolkiper ardıcıl səkkiz matçda qapısını toxunulmaz saxlamağı bacarmışdı. Lakin Samokun bu seriyası 24-cü turun “Kəpəz”lə qarşılaşmasında qırılıb. Oyunun 55-ci dəqiqəsində Gəncə təmsilçisinin yarımmüdafiəçisi Rəhman Hacıyev rəqib qapısına yol tapmaqla bu seriyaya son qoyub.

Qeyd edək ki, Sergey Samok bundan əvvəl sonuncu dəfə 2024/2025 mövsümünün 34-cü turunda qol buraxmışdı. Həmin vaxt - 10 may 2025-ci ildə keçirilən “Neftçi” ilə oyunda (1:2) onun qapısına Dembo Darbo yol tapmışdı.

İdman.Biz