Tiaqo Silva “Qarabağ”la oyundakı hakim qərarlarından narazıdır

15 Mart 2026 12:39
69
Tiaqo Silva “Qarabağ”la oyundakı hakim qərarlarından narazıdır

“Zirə” futbol komandasının qapıçısı Tiaqo Silva Misli Premyer Liqasının 24-cü turunda “Qarabağ”a məğlub olduqları (1:3) oyun barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı qolkiper məğlubiyyətə rəğmən hakim idarəçiliyindən narazı qaldığını gizlətməyib. O, ilk hissədə rəqib qapısına penalti təyin olunmalı olduğunu bildirib.

“Normalda bu mövzularda danışmaq istəmirəm və rəqibin qələbəsinə kölgə salmaq fikrim yoxdur. “Qarabağ” çox yaxşı performans sərgilədi və qələbəyə layiq idi. Amma eyni sözləri hakimlər barədə deyə bilməyəcəm. Məncə, ilk hissədə “Qarabağ”ın qapısına penalti verilməli idi. Referi xırda qayda pozuntularında nədənsə fərqli qərarlar verirdi”, - deyə qapısı söyləyib.

Silva oyun planındakı dəyişikliklərdən və matçın qırılma nöqtəsindən də söz açıb:

“Bu matçda daha çox müdafiə meyilli oynayırdıq. Hesab fərqini azaltsaq da, hücuma atılanda arxada boşluqlar verdik. Rəqib futbolçuların fərdi keyfiyyəti bəllidir, onlar da bundan yararlandılar. 60-cı dəqiqədən sonra meydana daxil olan hücumameyilli oyunçularımız komandaya canlanma gətirmişdi, lakin üçüncü qol planlarımızı pozdu”.

Tiaqo Silva mövsümün sonuna doqquz tur qalmış komandasının hədəflərini də açıqlayıb:

“Avrokuboklar üçün mübarizə apara bilərik. Hazırda əsas fikrimiz üçüncü pillədə qərarlaşan “Turan Tovuz”la xal fərqini azaltmağa yönəlib”.

İdman.Biz