Fransa futbolunda LGBT təbliğatına son qoyuldu

13 Mart 2026 16:13
92
Fransa futbolunda LGBT təbliğatına son qoyuldu

Fransa Peşəkar Futbol Liqası (LFP) hər il keçirilən LGBT təbliğatının simvolu olan göyqurşağı elementlərinin futbol formalarının üzərində yer alması təşəbbüsünü birdəfəlik dayandırmaq qərarına gəlib.

İdman.Biz “L’Equipe” nəşrinə istinadla xəbər verir ki, bu qərar son illərdə futbolçular arasında artan narazılıq və kütləvi boykotlarla bağlıdır. Bir çox oyunçu, xüsusən də dini və şəxsi inanclarını əsas gətirərək bu simvolları daşıyan formalarla meydana çıxmaqdan imtina edirdi. Bu isə çempionatın gedişatında müəyyən qalmaqallara və klub daxilində gərginliyə səbəb olurdu.

LFP rəhbərliyi aksiyanın futbolun özünü kölgədə qoyduğunu və idman prinsiplərinə mane olduğunu nəzərə alaraq, artıq bu formatda kampaniyaların keçirilməyəcəyini bəyan edib.

Qeyd edək ki, sözügedən aksiya hər ilin may ayında keçirilir və eynicinslərin evliliyinin təbliğini özündə əks etdirir. Sözügedən qol bandı LGBT təbliğatının əsas sivmolu hesab edilir.

İdman.Biz