“Barselona”nın keçmiş prezidenti Enrik Reyna 85 yaşında vəfat edib. O, klubun ən gərgin dövrlərindən birində rəhbərlik etmiş şəxs kimi tarixə düşüb.
İdman.Biz xəbər verir ki, Reyna 2003-cü il fevralın 12-də o zamankı prezident Joan Qasparın istefasından sonra bu posta gəlib.
O, klubun tarixində 37-ci prezident olub. Cəmi bir neçə ay davam edən qısamüddətli fəaliyyəti dövründə Reyna növbədənkənar seçkilərin keçirilməsinə qərar verib. Məhz həmin seçkilərdə Joan Laporta ilk dəfə qalib gələrək klubun prezidenti seçilib.
Reyna eyni zamanda Barselonada tikinti və mehmanxana biznesi ilə məşğul olan tanınmış iş adamı idi. “Barselona” rəhbərliyi onun vəfatı ilə bağlı rəsmi başsağlığı yayıb və klubun çətin günlərində göstərdiyi xidmətləri yüksək qiymətləndirib.
