“Atletik” Niko Vilyamsla vidalaşmağa hazırlaşır: Qiymət aşağı salınır

13 Mart 2026 17:05
85
“Atletik” Niko Vilyamsla vidalaşmağa hazırlaşır: Qiymət aşağı salınır

İspaniyanın “Atletik” futbol klubu yay transfer pəncərəsində komandanın ən bahalı oyunçularından biri olan Niko Vilyamsı satmağı planlaşdırır. Buna səbəb futbolçunun cari mövsümdəki oyununun rəhbərliyi və məşqçilər heyətini qane etməməsidir.

İdman.Biz “El Nacional” nəşrinə istinadla xəbər verir ki, Bilbao klubu artıq vinger üçün gələn təklifləri dəyərləndirməyə hazırdır.

Maraqlı məqam budur ki, “Atletik” oyunçunun müqaviləsində qeyd olunan 95 milyon avro (190 milyon AZN) məbləğində sərbəstqalma məbləğindən daha aşağı təklifləri də qəbul etmək niyyətindədir.

Vilyamsın transferi ilə bir neçə Avropa nəhəngi, xüsusilə də “Barselona” və Premyer Liqa klubları yaxından maraqlanır. Futbolçunun performansındakı eniş və klubun qiyməti aşağı salmaq qərarı bu transferin yayda reallaşma ehtimalını xeyli artırıb.

İdman.Biz