“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubdan bildirilib.
24 yaşlı hücumçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.
İndiyədək milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində baş tutacaq.
Qeyd edək ki, Duran 2025-ci ilin avqustunda “Qarabağ”a keçib.
