Azərbaycanın U-20 millisinə baş məşqçi təyinatı olub

10 Mart 2026 17:27
70
Azərbaycanın U-20 millisinə baş məşqçi təyinatı olub

AFFA İcraiyyə Komitəsinin fevralın 19-da keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi postuna Ruy Jorgenin namizədliyi müzakirə çıxarılıb və təsdiq edilib.

İdman.Biz milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Ruy Jorge müvafiq millinin baş məşqçisi postuna təyin olunub.

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.

Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq.

Qeyd edək ki, Ruy Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009 mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub. 2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

İdman.Biz
Məqalədə: