Maks Eberl: “Noyerlə qərarı birlikdə verəcəyik”

10 Mart 2026 17:52
109
Maks Eberl: “Noyerlə qərarı birlikdə verəcəyik”

Almaniyanın “Bavariya” futbol klubunun idman direktoru Maks Eberl komandanın kapitanı Manuel Noyerin müqaviləsinin uzadılması ehtimalı barədə danışıb.

İdman.Biz xəbər verir ki, Eberl Noyerin zədəsinin klubun planlarına təsir etmədiyini vurğulayıb.

Klub rəsmisi danışıqlar üçün konkret vaxt təyin etdiklərini də söyləyib:

“Hər zaman demişik ki, martın sonunda onun 40 yaşı tamam olana qədər gözləmək istəyirik. Həmin vaxt oturub hər şeyi sakitcə müzakirə edəcəyik. O, özünü necə hiss etdiyini bizə deməlidir. Biz isə öz növbəmizdə necə davam edəcəyimizə qərar verməliyik”.

Eberl Noyerin bu mövsümkü performansını yüksək qiymətləndirib:

“İndiyə qədər inanılmaz bir mövsüm keçirib, o, top-qapıçıdır. Son aldığı zədə bizim üçün heç nəyi dəyişmir. Sonda qərarı Manuellə birlikdə qəbul edəcəyik”.

Qeyd edək ki, 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyan Manuel Noyerin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Almaniyalı qapıçının martın 27-də 40 yaşı tamam olacaq.

İdman.Biz