Beynəlxalq Futbol Federasiyası (FIFA) Rusiyanın “Ximki” futbol klubunun sabiq investoru Tufan Sadıqov barədə sərt qərar qəbul edib.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist İvan Karpov özünün “Telegram” kanalında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Rusiya Futbol Federasiyasının sorğusu əsasında Sadıqova ömürlük və dünya üzrə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Qeyd edək ki, Tufan Sadıqov "Ximki" klubunun investoru olub. 2025-ci ilin sentyabrın 9-da Moskva vilayəti Arbitraj Məhkəməsi klubu müflis elan edib. Klubun borcu 448 milyon rubl (təxminən 9 milyon 363 min manat) təşkil edib.
Xatırladaq ki, "Ximki" maliyyə problemləri səbəbindən peşəkar statusunu itirib və 2024/2025 mövsümündən sonra Rusiya Premyer Liqasından çıxarılıb.
