Əliyar Ağayev müharibəyə görə Azərbaycana qayıda bilmir

4 Mart 2026 11:34
137
Əliyar Ağayev müharibəyə görə Azərbaycana qayıda bilmir

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Küveytdə qalmağa məcbur olub.

İdman.Biz xəbər verir ki, Küveyt kubokunun oyunlarını idarə etmək üçün bu ölkəyə yollanan hakim bölgədə yaranmış hərbi gərginlik səbəbindən Azərbaycana qayıda bilmir.

ABŞ və İsrailin İrana raket zərbələrindən sonra regionda hava məkanı təhlükəsizlik məqsədilə bağlanıb, beynəlxalq uçuşlar dayandırılıb. Bu səbəbdən Ağayevin Bakıya dönüşü qeyri-müəyyən müddətə təxirə düşüb.

Qeyd edək ki, məlumatı İdman.Biz-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) təsdiqləyiblər.

İdman.Biz