Messi dubl edərək komandasına qələbə qazandırdı - VİDEO

2 Mart 2026 09:43
103
Messi dubl edərək komandasına qələbə qazandırdı - VİDEO

ABŞ-nin “İnter Mayami” MLS-in II turunda əzmkar qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, komanda səfərdə “Orlando Siti” üzərində 4:2 hesablı qələbə əldə edib.

Görüş qonaqlar üçün uğursuz başlayıb. Meydan sahibləri Marko Masaliçin (18) və Martin Oxedanın (24) qolları ilə iki top fərqi ilə önə keçiblər. Lakin ikinci hissədə Mateo Silvetti (49) və Telasko Seqoviyanın (85) dəqiq zərbələri hesabı bərabərləşdirib.

Matçın qəhrəmanı Lionel Messi olub. Argentinalı hücumçu 57 və 90-cı dəqiqələrdə fərqlənərək dubl edib və komandasına qələbə qazandırıb.

İdman.Biz