“Qarabağ” - “Sabah” qarşılaşması mövsümün azarkeş rekordu ilə yadda qalıb - FOTO

2 Mart 2026 11:26
80
“Qarabağ” - “Sabah” qarşılaşması mövsümün azarkeş rekordu ilə yadda qalıb - FOTO

Misli Premyer Liqasının 22-ci turunun “Qarabağ” - “Sabah” qarşılaşması mövsümün azarkeş rekordu ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oyunu 10361 tamaşaçı izləyib.

Bu rəqəm cari mövsüm üçün ən yüksək göstərici hesab olunur. Əvvəlki rekord isə 12-ci turda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan “Sumqayıt” - “Qarabağ” matçına (2:4) aiddir və həmin görüşü 9 100 azarkeş tribunalardan izləyib.

Qeyd edək ki, “Qarabağ” - “Sabah” matçı 3:3 hesabı ilə yekunlaşıb.

İdman.Biz