Azərbaycan - Şimali Makedoniya matçının hakim təyinatları açıqlanıb

2 Mart 2026 11:20
61
Azərbaycan - Şimali Makedoniya matçının hakim təyinatları açıqlanıb

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, C Liqasının üçüncü qrupu çərçivəsində martın 3-də baş tutacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

“Dalğa Arena”da, saat 15:00-da start götürəcək oyunda baş hakim Anna Adamska olacaq.

Ona Yuliya Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.

İdman.Biz