İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Fulhem” - “Tottenhem” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə qonaq komandanın uğursuzluq seriyası antirekord səviyyəsinə çatıb.
İdman.Biz xəbər verir ki, “Tottenhem” futbol komandası bu mövsümdəki qeyri-sabit çıxışını davam etdirir. Bu məğlubiyyət komandanən çempionat çərçivəsində qələbə qazana bilmədiyi ardıcıl 10-cu oyun olub. London klubu sonuncu dəfə belə acınacaqlı seriyanı ötən əsrdə - 1994-cü ildə yaşayıb.
Maraqlıdır ki, 1994-cü ildəki uğursuzluq zamanı komanda çempionatı 15-ci pillədə başa vurmuşdusa, hazırda vəziyyət daha acınacaqlıdır. Belə ki, “Tottenhem” 28 turdan sonra turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Bu nəticədən sonra klub rəhbərliyinin və azarkeşlərin baş məşqçiyə olan etimadı minimuma enib. Komanda növbəti turlarda xal itkilərini davam etdirərsə, təhlükəli zonaya enmək riski ilə üz-üzə qalacaq.
