AFFA İntizam Komitəsi “Kəpəz”in futbolçusunu cəzalandırıb

26 Fevral 2026 15:08
70
AFFA İntizam Komitəsi “Kəpəz”in futbolçusunu cəzalandırıb

AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən iki klubu cərimələyib.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, 21-ci turun “İmişli” - “Şamaxı” oyununda qonaq komandanın dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Sabah” - “Kəpəz” matçında isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat ziyana düşüb.

İdman.Biz