“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays ötən mövsüm UEFA Çempionlar Liqasında “Real”la oyundakı möhtəşəm çıxışından sonra əfsanəvi Devid Bekhemin onunla əlaqə saxladığını açıqlayıb.
İdman.Biz “The Sun” nəşrinə istinadla xəbər verir ki, Rays Madriddəki “Santyaqo Bernabeu” stadionunda Tibo Kurtuanı iki dəfə cərimə zərbəsindən məyus edərək komandasına 2:1 hesablı qələbə qazandırmışdı. London təmsilçisi ümumi hesabda 5:1 qalib gəlsə də, yarımfinalda PSJ-yə uduzaraq turnirlə vidalaşmışdı.
Rays həmin tarixi qollardan sonra Bekhemdən gələn mesajı belə xatırlayır:
“Devid bu barədə mənə “Instagram”da yazdı. Bu, ağlasığmaz idi, çünki o, cərimə zərbələri üzrə tarixin ən böyük ustalarından biridir. Bekhemlə ilk dəfə Qətərdə tanış olmuşdum. Bütün futbolçular ona bir tanrı kimi baxırdı, çünki o, məhz Bekhemdir”.
İngiltərəli futbolçu cərimə zərbələrini yerinə yetirərkən instinktlərinə güvəndiyini bildirib: “Topun yanına gələndə hər şey hissiyyatla bağlıdır. Topu hara və hansı sürətlə vuracağını bilməlisən. Bu, bizim güclü tərəfimizdir və bu il bizə çox kömək edir”.
