Messi mövsümə darmadağınla başladı: “İnter Mayami” “Los-Anceles”ə məğlub oldu

22 Fevral 2026 10:33
80
Messi mövsümə darmadağınla başladı: “İnter Mayami” “Los-Anceles”ə məğlub oldu

ABŞ-nin Los-Anceles şəhərində keçirilən MLS (Milli Futbol Liqası) mövsümünün ilk turu çərçivəsində maraqlı qarşılaşma baş tutub. "Los-Anceles" doğma meydanda "İnter Mayami"ni qəbul edərək 3:0 hesablı inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri 38-ci dəqiqədə David Martinesin qolu ilə hesabı açıblar. İkinci hissədə üstünlüyünü artıran "Los-Anceles"in heyətində Deni Buanqa 73-cü dəqiqədə fərqlənib. Qarşılaşmaya əlavə olunmuş vaxtda isə Natan Ordas son nöqtəni qoyub.

Qeyd edək ki, komandanın yeni transferi Son Hın Min oyunda məhsuldar ötürmə ilə yadda qalıb.

Qonaqların heyətində Lionel Messi və Rodriqo De Paul start heyətində yer alıblar. Hər iki futbolçu meydanda 90 dəqiqə mübarizə aparsa da, heç bir məhsuldar göstərici ilə yadda qalmayıblar. Digər ulduz futbolçu Luis Suares isə oyuna ikinci hissədə daxil olub.

Məlumat üçün bildirək ki, növbəti turda "Los-Anceles" səfərdə "Hyuston"un qonağı olacaq. "İnter Mayami" isə "Orlando" (Orlando Siti) ilə qarşılaşmaq üçün səfərə yollanacaq.

İdman.Biz