Ronaldu 30 yaşından sonra 500-dən artıq qol vurub - VİDEO

22 Fevral 2026 09:08
85
Ronaldu 30 yaşından sonra 500-dən artıq qol vurub

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Pro Liqasının 23-cü turunda “Əl-Həzm”ə qarşı matçda iki qol vurub.

İdman.Biz bildirir ki, bu, Ronaldunun 30 yaşından sonra vurduğu 500-cü və 501-ci qollar olub.

Bu barədə jurnalist Fabrizio Romano məlumat verib.

Qeyd etmək lazımdır ki, 41 yaşlı portuqaliyalı hücumçu karyerasında 964 qola imza atıb.

Bu mövsüm Ronaldu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 22 oyunda 21 qol vurub.

İdman.Biz