“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının səkkizinci turunda “Aston Villa”ya 1:2 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis komandasının yaratdığı qol imkanlarından lazımi səviyyədə istifadə etmədiyini düşünür.
“Düşünürəm ki, yaratdığımız və əldən verdiyimiz imkanların sayını nəzərə alsaq, bu oyunda daha artığına layiq idik. İndi qarşılaşmanı bir qədər təhlil etməliyik. Rəqibin cərimə meydançasında çox vaxt keçirdik. Bəzən meydanın son üçdəbir hissəsində daha dəqiq oynamaq və qol vurmağa çalışmaq lazımdır. Yəqin ki, rəqibin cərimə meydançasında kifayət qədər səmərəli olmadığımız üçün uduzduq.
Biz tarazlığı tapmalıyıq. Bu stadionda meydan sahiblərinin bir-iki təhlükəli hücumuna imkan verməmək mümkün deyil. İkinci hissədə buraxdığımız qolla nəticələnən epizoddan başqa, rəqibin qapımıza hər hansı zərbəsini və ya qol imkanını xatırlamıram. Belə hallar səhvlərdən yaranır. İkinci qolu əks-hücum nəticəsində buraxdıq və 45 dəqiqə ərzində bunun qarşısını tam almaq çətindir. Amma bu oyundan dərs çıxaracaq, yolumuza davam edəcək və daha güclü olmağa çalışacağıq”, - deyə Mareska bildirib.
