"Barselona" klubunun prezidentliyə nazmizədi Joan Laporta komandanın baş məşqçisi Hansi Flik haqqında diqqətçəkən açıqlamalar verib. Klub rəhbəri almaniyalı mütəxəssisi kataloniyalıların əfsanəsi Yohan Kroyff ilə müqayisə edib.
İdman.Biz xəbər verir ki, Joan Laporta "Mundo Deportivo" nəşrinə verdiyi müsahibədə Flikin baxışlarının Kroyffun enerjisini xatırlatdığını bildirib. O, məşqçinin klub mədəniyyətinə sürətli uyğunlaşmasından məmnunluğunu ifadə edib.
"Hansi Flikin mavi gözləri mənə Yohan Kroyffu xatırladır. Onun baxışlarında eyni qətiyyəti və parlaqlığı görürəm. O, "Barselona"nın DNT-sini çox tez mənimsəyib və komandaya yeni ruh qazandırıb".
