“Barselona” və “Atletiko” 21 yaşlı müdafiəçini izləyir

21 Fevral 2026 13:40
88
“Barselona” və “Atletiko” 21 yaşlı müdafiəçini izləyir

İspaniyanın “Barselona” və “Atletiko” futbol klubları 21 yaşlı mərkəz müdafiəçisi Nobel Mendini diqqətdə saxlayır.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.

Hazırda “Rayo Vallekano”da çıxış edən seneqallı futbolçu mövsüm ərzində İspaniya çempionatında 14 oyuna çıxıb və iki qolla yadda qalıb. Mənbənin iddiasına görə, Madrid və Kataloniya təmsilçiləri Mendini perspektivli transfer kimi dəyərləndirir.

Qeyd edək ki, müdafiəçinin müqavilə hüquqları “Real Betis”ə məxsusdur. O, “Rayo Valyekano”da icarə əsasında çıxış edir və yayda Madrid klubuna daimi keçid edəcək. “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 6 milyon avrodur.

İdman.Biz
Məqalədə: