“Neftçi” Misli Premyer Liqasında ardıcıl iki səfər oyununda üç və ya daha çox qol vurub.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 18-ci turda “Araz-Naxçıvan”a dörd cavabsız qol vuran “Neftçi” 20-ci turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.
“Ağ-qaralar”ın Premyer Liqadakı səfər oyunlarında belə məhsuldarlıq seriyası son beş mövsümdə ilk dəfə qeydə alınıb.
Bakılılar sonuncu dəfə 2020/2021 mövsümünün sonlarında - 2021-ci ilin mayında “Şamaxı”nı 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edib.
