Belçika millisinin sabiq üzvü, “Çelsi” və “Real Madrid”də çıxış etmiş Eden Hazard keçmiş komanda yoldaşı Musa Dembeleni layiq olduğu qədər qiymətləndirilməyən futbolçu adlandırıb.
İdman.Biz xəbər verir ki, Azarın sözlərinə görə, Musa Dembele öz nəslinin ən güclü yarımmüdafiəçilərindən biri olub, lakin geniş auditoriya tərəfindən kifayət qədər yüksək qiymət almayıb.
“Mən həmişə Musa Dembeleni həmin nəslin ən yaxşı yarımmüdafiəçilərindən biri hesab etmişəm. Onun haqqında çox danışılmırdı, çünki tez-tez qol vurmurdu. Amma Premyer Liqa azarkeşləri yaxşı bilirlər ki, o, top səviyyəli futbolçu idi”, – deyə Azar bildirib.
Qeyd edək ki, M.Dembele karyerası ərzində İngiltərədə “Tottenhem” və “Fulhem” klublarında uğurla çıxış edib və xüsusilə texnikası və topa nəzarəti ilə seçilib. E.Hazard və M.Dembele uzun illər Belçika yığmasında birlikdə çıxış edib.
