Bu gün Misli Premyer Liqasında 20-ci turun oyunları çərçivəsində “Şamaxı” “Turan Tovuz”ı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, matç Şamaxı şəhər stadionunda baş tutacaq.
“Şamaxı” 23 xalla turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Turan Tovuz” 33 xalla dördüncü sıradadır.
Misli Premyer Liqası
İkinci dövrə, 20-ci tur
16 fevral
14:30. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “İmişli”ni, “Zirə” “Karvan-Yevlax”ı, “Araz-Naxçıvan” “Sumqayıt”ı 1:0, “Neftçi” isə “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.
