Bu gün Misli Premyer Liqasında 20-ci turun ikinci oyununda “Qəbələ” “Sabah”ı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, saat 17:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rauf Cabarov idarə edəcək.
Turnir cədvəlində “Qəbələ” 14 xalla onuncudur, “Sabah” isə 46 xalla birinci yerdədir.
Misli Premyer Liqası
İkinci dövrə, 20-ci tur
16 fevral
17:00. “Qəbələ” - “Sabah”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “İmişli”ni, “Zirə” “Karvan-Yevlax”ı, “Araz-Naxçıvan” “Sumqayıt”ı 1:0, “Neftçi” isə “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.
