“Zirə” Rəşad Sadıqovla 100-cü qələbəni qeyd edib

16 Fevral 2026 11:03
98
“Zirə” Rəşad Sadıqovla 100-cü qələbəni qeyd edib

“Zirə” klubu baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi dövründə 100-cü qələbəsini əldə edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Zirə” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, bu tarixi nailiyyət Misli Premyer Liqasının 20-ci turunda keçirilən “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib. Görüşdə 1:0 hesabı ilə qalib gələn “qartallar” mütəxəssisin rəhbərliyi altında çıxdığı 220-ci sınaqda yubiley qələbəsinə sevinib.

Xatırladaq ki, bu qələbələrdən 82-si Premyer Liqa, 14-ü Azərbaycan Kuboku, dördü isə avrokubok matçlarında qeydə alınıb.

İdman.Biz