AFFA rəsmisi UEFA-dan təyinat alıb - VİDEO

16 Fevral 2026 10:37
104
AFFA rəsmisi UEFA-dan təyinat alıb - VİDEO

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirib ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Yuventus” (İtaliya) - “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən “Alyans” stadionunda təşkil olunacaq.

İdman.Biz