Vüsal İsgəndərli Albaniyada düşdüyü avtomobil qəzası barədə danışdı

16 Fevral 2026 14:37
98
Vüsal İsgəndərli Albaniyada düşdüyü avtomobil qəzası barədə danışdı

Albaniyanın “Partizani” klubunda çıxış edən Vüsal İsgəndərli avtomobil qəzası keçirib.

Hadisə iki il öncə futbolçunun Albaniyanın digər klubu “Eqnatiya”da çıxış etdiyi vaxtda baş verib.

O, yaşadıqlarının ona ciddi təsir etdiyini və bu səbəbdən də 2024-cü ilin yanvarında “Eqnatiya”dan “Boluspora” keçdiyini vurğulayıb.

“Bugünkü ağlım olsaydı, “Eqnatiya”da qalardım. Ancaq həmin vaxt Albaniyada yaxşı şeylər yaşamadım. Komandadakı ən yaxın dostum vəfat etdi. Daha sonra həmin şəhərdə avtomobil qəzası keçirdim. Sol əlim ciddi xəsarət aldı. Bunları heç kim bilmirdi. Yaşadıqlarım hamısı mənə ciddi təsir etdi. Bu səbəbdən də oradan ayrılmağa qərar verdim” , - deyə o, idmanxeber.az-a açıqlamasında deyib.

İdman.Biz