Azərbaycanlı hücumçu Albaniya çempionatında fərqlənib - VİDEO

16 Fevral 2026 12:24
106
Azərbaycanlı hücumçu Albaniya çempionatında fərqlənib - VİDEO

Albaniyanın “Partizani” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərli çempionatın 24-cı turunda keçirilən oyunda qol vurub.

İdman.Biz xəbər verir ki, “Partizani” doğma meydanda “Tirana”nı 2:0 hesabı ilə məğlub edib.

Qarşılaşmaya start heyətdə başlayan Vüsal İsgəndərli 37-ci dəqiqədə rəqib qapısına yol taparaq komandasının üstünlüyünü artırıb. Azərbaycanlı futbolçu görüşdə 72-ci dəqiqəyə qədər meydanda olub.

Qeyd edək ki, bu qələbədən sonra “Partizani” 30 xal toplayaraq Albaniya çempionatının turnir cədvəlində beşinci pillədəki mövqeyini möhkəmləndirib.

İdman.Biz