Argentina Finalissimada Yamala qarşı xüsusi plan hazırlayıb - VİDEO

16 Fevral 2026 11:17
214
Argentina Finalissimada Yamala qarşı xüsusi plan hazırlayıb - VİDEO

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Finalissima matçı ərəfəsində İspaniyanın gənc ulduzu Lamin Yamalı necə dayandıracağı ilə bağlı plan hazırlayıb.

İdman.Biz bu barədə İspaniya KİV-ə istinadən məlumat verir.

Mənbə iddia edir ki, L. Skaloni sol cinah müdafiəçisinə kömək məqsədilə yarımmüdafiəçilərdən birini həmin zonaya yönəldərək Yamalı mütəmadi iki futbolçu ilə üz-üzə qoyacaq.

Məlumat üçün qeyd edək ki, İspaniya və Argentina yığmalarının üz-üzə gələcəyi Finalissima oyunu 27 mart 2026-cı ildə Qətərin paytaxtı Dohada yerləşən “Lusail” stadionunda keçiriləcək.

İdman.Biz