Epştein sənədlərində futbol bağlantısı - FOTO

16 Fevral 2026 07:10
279
Epştein sənədlərində futbol bağlantısı - FOTO

ABŞ-də milyarder Cefri Epştein ətrafında qalmaqal yeni detallarla yenidən diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, açıqlanan materiallarda model Misse Beqiri ilə bağlı məqamlar yer alıb. Bildirilir ki, həmin dövrdə o, gələcəkdə Anders Lindeqaard ilə ailə qurmazdan əvvəl Epşteynin diqqət dairəsinə düşüb.

Sızdırılan məlumatlara görə, milyarder modelə təsir göstərmək üçün bahalı hədiyyələr və səfərlər təklif edib. Söhbət yüksək məbləğli avtomobil və şəxsi təyyarə ilə Parisə dəvətdən gedir.

Qeyd olunur ki, ilk görüş 2011-ci ildə Epşteynin Manhettendəki malikanəsində baş tutub. Mənbələrin iddiasına əsasən, Beqiri həmin vaxt onun cinayət keçmişindən xəbərsiz olub və bunu peşəkar imkan kimi qiymətləndirib.

Xatırladaq ki, Beqiri sonradan “Mançester Yunayted”in qapıçısı olmuş Lindeqaardla evlənmiş, cütlük bir müddət sonra ayrılmışdı.

İdman.Biz